MP 75

Təsviri

Gips əsaslı, polimer əlavəli yüksək adgeziyalı quru suvaq qarışığı.
Quru gips qarışıqlar ağdan-boza və hətta çəhrayıyadək müxtəlif rənglərdə ola bilərlər. Bu, gips daşında təbii aşqarların mövcudluğu ilə izah olunur. 
Qarışığın rəngi onun xüsusiyyətlərinə qətiyyən təsir etmir. 


Tətbiqi

  • Məkan daxilində divar və tavanların, məsələn, PFT G5, PFT G4, PFT Monojet suvaq maşınlarının köməyi ilə yüksək keyfiyyətlə suvaqlanması üçün nəzərdə tutulub.
  • Bütün adi sərt özüllərə (kərpic hörgü, sement suvaq, beton və s.) çəkilir.

  •  

    Üstünlükləri

  • İşlərin yüksək məhsuldarlığı - əllə suvaqlanma ilə müqayisədə 3-4 dəfə yüksəkdir.
  • KNAUF-MP 75 gips suvağı əlavə emala ehtiyacı olmayan hamar səthin alınmasını təmin edir.
  • Hətta qalın qat kimi vurulduqda da çatlamır.
  • KNAUF-MP 75 gips suvağına çəkilən məsrəf ənənəvi sement-qum suvaq qarışıqlarına çəkilən xərcə nisbətən 2 dəfə azdır.
  • Əvvəlcədən çiləmə olmadan bir dəfəyə 50 mm-dək qalınlığı olan suvaq qatını çəkmək olar. Zərurət olduqda iki dəfəyə daha qalın qatların çəkilməsi mümkündür.
  • Materialın universallığı – eyni zamanda suvaqlama, dekorativ elementlərin hazırlanması, təmir və bərpa işləri.
  • Yüksək susaxlama qabiliyyəti – məhlul qarışığı hətta məsaməli, nəmi yaxşı hopduran əsaslarda və yüksək temperatur zamanı da qatlara ayrılır və susuz olmur.
  • Otaqdakı rütubət rejimini nizamlayır – "nəfəs alaraq” otaqda əlverişli mikroiqlim yaradır.
  • Material ekoloji təmiz təbii mineraldan (gipsdən) hazırlanır və tərkibində insanların sağlamlığı üçün zərərli maddələr yoxdur.

  •  

    Texniki xüsusiyyətləri

    Güstəriciləri Qiymətləri
    Bir qatın qalınlığı  
    • minimal
    8 mm
    • maksimal
    50 mm
    Qatın qalınlığı 10 mm oduqda sər norması ~10 kq/ m2
    Quruma müddəti ~ 7 sutka
    Fraksiyanın maksimal ölçüsü 1,2 mm-ə qədər
    Sərtlik  
    • sıxılmada
    + 2,5 MPa
    • əyilmədə
    + 1,0 MPa
    Bərkimiş halda sıxlıq ~1 000 kq/m3
    Qablaşdırılma Kağız kisə 25 kq
    Saxlama müddəti zədələnməmiş bağlamada 6 ay