KNAUF-lövhə, odadavamlı (GKLO)
Təsviri

Odadavamlı KNAUF-gipskarton lövhə (GKLO) düzbucaqlı formaya malik olmaqla arasında armaturlaşdırıcı əlavələrli gips özəyi olan iki qatı olan xüsusi kartondan ibarətdir,  xəttin yan kənarları isə kartonun kənarları (üz qatı) ilə bükülür. 

Odadavamlı KNAUF-gipskarton lövhələr (GKLO) müxtəlif kənar-haşiyələrlə istehsal olunur. Onlardan ən əsasları: Düz (DK), nazikləşdirilmış (NK), yarımdairəvi və üz tərəfdən nazikləşdirilmış (NYK). 

Özəyin hazırlanmasında DÜİST 125–79 üzrə Q4 markalı gips büzücülərindən istifadə olunur. Odadavamlı KNAUF-gipskarton lövhənin (GKLO) digər mühüm komponenti yapışdırıcı əlavələrdən istifadə olunmaqla özəyə bitişən üzlük kartondur. Karton həm armaturlaşdırıcı (möhkəmləndirici) karkas rolunu oynayır, həm də istənilən bəzək-tamamlama materialının (suvaq, divar kağızları, boya, keramik plitə-lövhələr və b.) çəkmək üçün gözəl əsasdır. Özünün fiziki və gigiyenik xassələrinə görə karton yaşayış binaları üçün ideal şəkildə uygun gəlir.

Adi KNAUF-lövhələrdən özəyin materialına xüsusi armaturlaşdırıcı əlavələrin edilməsi ilə fərqlənir. 

Odadavamlı KNAUF-gipskarton lövhələr (GKLO) DÜİST 6266-97–yə uyğun olaraq buraxılır və alman standartlarına (DIN 18 180) cavab verir.

Hər bir KNAUF-gipskarton lövhənin (GKLO) üzərində aşağıdakılardan ibarət olan şərti işarə vardır:

  • lövhənin növünün hərflə işarəsi
  • lövhənin qrup göstəricisi
  • lövhənin uzununa kəsiyinin (haşiyə-kənarının) tipi
  • lövhənin nominal uzunluğu, eni və qalınlığını millimetrlə ifadə edən rəqəm.
  • standartın işarəsi

  • Uzunluğu 2500 mm, eni 1200 mm və qalınlığı 12,5 mm nazikləşdirilmiş kənar-haşiyəli A qrupundan olan adi gipskaron lövhənin şərti işarəsinə misal:

    GKLO–A–NK – 2500/1200/12,5 DÜİST 6266–97.


    Tətbiqi
     

    Yüngül məkanlararası arakəsmələrin, asma tavanların, divar üzlüklərinin və konstruksiyaların odadavamlılıq konstruksyalarının qurulması üçün tətbiq edilir. 

    Tətbiq prosesinə aşagıdakı əsas iş mərhələləri daxildir:

  • Odadavamlı KNAUF-gipskarton lövhələr (GKLO) əsasında olan konstruksiyanın layihə vəziyyətinin nişanlanması.
  • KNAUF–lövhələrin (GKLO) bərkidilməsi üçün KNAUF–profillərdən karkasın qurulması.
  • Odadavamlı KNAUF-gipskarton lövhələrin (GKLO) karkas üzərində quraşdırılması və bərkidilməsi.
  • Odadavamlı KNAUF-gipskarton lövhələr (GKLO) arasındakı tikişlərin və vint yerlərindəki oyuqların KNAUF-Fugenfüller məcunu ilə doldurulması.
  • Bəzək-tamamlama örtüyündən əvvəl səthin astarlanması.

  • Tövsiyyələr

  • Quraşdırılmadan əvvəl odadavamlı KNAUF-gipskarton lövhələr (GKLO) mütləq işlədiləcək məkanın havasına uyğunlaşacaq qədər adaptasiya müddətini keçirməlidır.
  • Odadavamlı KNAUF-gipskarton lövhələrin (GKLO) en kənarları düzbucaqlı formaya malikdir və tikiş yerlərinin qurulması zamanı kənarlar yonulmalıdır (təqribən lövhənin 1/3 hissəsi qalınlığında).

  • Üstünlükləri
     
  • Odadavamlı KNAUF-gipskarton lövhələrdən istifadə zamanı bəzək-tamamlama işləri gedişində əlverişsiz "yaş” proseslər istisna olunur.
  • Əmək məhsuldarlığı xeyli artır.
  • Təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına inşaat xərclərinin ümumi azalmasına nail olunur.
  • Otaqda təkcə ekoloji təmizlik deyil, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur.
  • Odadavamlı KNAUF-gipskarton lövhələr nəfəs almaq, yəni, artıq nəmi özünə çəkmək və rütubətlik aşağı endikdə onu ətraf mühitə buraxmaq xüsusiyyətinə malikdir.
  • Materialda toksik komponentlər yoxdur və turşuluğu insan dərisinin turşuluğu ilə eynidir.
  • Sərt dünya standartlarına tam uyğundur.

  • Texniki xüsusiyyətləri
     
    Göstəricilər Ölçülər
    Kartonun rəngi boz
    Markalamanın rəngi qırmızı
    Kənar haşiyənin növü  
    NK nazikləşən kənar
    NYK nazikləşən yarımdairəvi kənar

    DK

    düz kənar
    Əsas ölçülər, mm 2500х1200х12,5
    2500х1200х12,5 mm (3 m²) ölçülü Knauf-lövhənin çəkisi, kq 29
    Qablaşdırılma Bağlama, 50 lövhə (150 m²)
    Termoçökmə örtüksüz  
    Termoçökmə örtük ilə  

    Knauf-lövhənin nominal həndəsi ölçüləri

    Uzunluq En Qalınlıq
    2000-dən   6,5; 8; 9,5
    4000-ə qədər 600, 1200 12,5; 14; 16
    50 addım ilə   18; 20; 24

    Yanğın-texniki xassələri

    Knauf-lövhələr(GKL) xassələrinə görə aşağıdakı qruplara aid olunurlar:

    • Г1 ( ГОСТ 30244 -ə görə yanma);
    • В2 (ГОСТ 30402-ə görə alışma);
    • Д1 (ГОСТ 12.1.044-ə görə tüstüəmələgətirmə);
    • Т1 (ГОСТ 12.1.044-ə görə toksiklik).