Şirkət haqqında

Şirkətimizin tarixi 2003-cü ildən başlayır. Bu gün "Bilev" inkişafda olan bir şirkətdir. Öz biznesimizi praktiki olaraq sıfırdan başlayaraq biz ildən ilə satışımızın həcmini artırmaqdayıq. Bazardakı fəaliyyətimiz dövründə şirkətimiz, böyük idxalçı şirkətlərlə qurduğumuz iş birliyi nəticəsində etibarlı partnyor reputasiyası qazanmışdır.

İnşaat sektorunda bizimlə çalışan şirkətlərin razı qalması şirkətimizin daxilindən irəli gələn əsas məqsəddir. "Bilev İnşaat" olaraq şirkətimizin inkişaf strategiyası müştərilərimizə göstərilən xidmətin keyfiyyətinə, həmçinin məhsulların və xidmətlərin artırılmasına yönləndirilmişdir. Bütün bunlara çatmaq üçün şirkətimiz aşağıdakı addımları atmışdır:

– 2003 – inşaat sektorunda şəxsi şirkətimizin fəaliyyətə başlaması və Knauf (GKL və GKLN) şirkətinin istehsalı olan alçıpanın və aksessuarlarının Azərbaycana gətirilməsi və satışının təşkili,
– 2003 – «Onduline Avrasya» şirkəti ilə Azərbaycanın ərazisində dilerlik və partnyorluq barəsində müqavilənin imzalanması,
– 2005 – şəffaf dam örtükləri istehsal edən «Yapıteknik Group» Türkiyə şirkəti ilə müqavilə,
– 2007 – laminat istehsal edən «Egger» Alman şirkəti ilə dilerlik və partnyorluq barəsində müqavilə,
– 2008 – laminat istehsal edən «Arta» İranşirkəti ilə dilerlik və partnyorluq barəsində müqavilə,
– 2009 – şəffaf dam örtükləri istehsal edən «Polser» Türkiyə şirkəti ilə müqavilə,
– 2014 – polimer tərkibli dam örtüyü istehsal edən «Plaspanel» şirkəti ilə müqavilə,
– 2016 – polimer tərkibli dam örtüyü istehsal edən «Duramit» şirkəti ilə müqavilə.

Şirkətimizin missiyası
Biznesin inkişafında inşaat və digər strukturlara inşaat işlərində keyfiyyətli məhsul və servis xidməti təqdim etməklə dəstək olmaq.

Fəaliyyətimizin əsas istiqamətləri
Ölkə ərazisinə dam örtüklərinin və su-izolyasiya materiallarının idxalı və satışının təşkili.
Knauf-lövhələrin vurulmasında böyük rolu olan profillərin idxalı.
Knauf-lövhələrin idxalı və topdan satışı.

"Bilev" İnşaat 1999-cu ildən hal-hazıra qədər keçirilən "Baku Build Azerbaijan" inşaat sərgisində dəfələrlə müvəffəqiyyətlə iştirak etmişdir.
Şirkətin Azərbaycanın bir çox regionlarında filialları fəaliyyət göstərir. Bundan başqa "Bilev" şirkət olaraq dünyanın bir çox ölkələrində tanınır.
2006 və 2007-ci illərdə "Onduline Avrasya" A.Ş. şirkətinin Azərbaycan regionu üzrə satış lideri olmuşdur və xüsusi diploma layiq görülmüşdür.
Bütün bunlardan başqa "Bilev İnşaat" şirkəti Türkiyə Səfirliyinin binası, Səməd Vurğun adına Rus Milli Dram Teatrı, Bakı şəhəri Yasamal rayonunun ərazisində yerləşən Ticarət Mərkəzinin və sair proyektlərin tikilməsində və yenidənqurulmasında böyük köməklik göstərmişdir.

Şirkətimizlə iş birliyinin üstünlükləri
– Məhsulların qorunması üçün rahat məkanda yerləşən anbar (açıq sahə, bağlı anbar) və aldığınız məhsula zəmanət verən ofis
– Aldığınız məhsulun avtomobil nəqliyyatı vasitəsi ilə ünvana çatdırılması
– Məhsulun istehsalçı zavoddan birbaşa gətirilməsi
– Satışışn həcmindən asılı olmayaraq hər partnyora individual yanaşma
– Bütün suallarınızı vaxtında və konkret cavablandıracaq məmnun müştəri xidməti
– Bütün məhsullarda satış sonrası dəstək siyasəti
– Qiymətlərin sərfəli sistemi
– Partnyorlara yönəlik mütəmadi güzəşt kampaniyaları
– Yüksək professionallığı ilə seçilən kollektiv
– Yerli və xarici bazarda qazanılmış yüksək müsbət reputasiya
– Etibarlı iş partnyorunun ticarət markası, uzunilli iş təcrübəsi