Keyfiyyət siyasəti

"Bilev İnşaat" şirkəti hal-hazırda Onduline Avrasya, Knauf, Baytaş, Arta, Egger, Plaspanel, Yapıser, Polser kimi şirkətlərin Azərbaycanda rəsmi distribyutorudur.

Bizim məhsullarımızı idxal edən şirkətlər dünya bazarına yüksək keyfiyyətli inşaat materiallarını gətirən Rusiya, Türkiyə, Çexiya Respublikası, Çin, BƏƏ, Malaziya və Almaniya şirkətləridir. Onlardan bir çoxları beynəlxalq standartlara uyğun sertifikatlandırılmışdırlar. Təklif etdiyimiz bütün məhsullar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət agentliyi tərəfindən Uyğunluq Sertifikatı ilə sertifikatlandırılmışdır.

Daim keyfiyyət xidmət göstərmək və şirkətin daima inkişafı üçün "Bilev İnşaat" şirkətinin əməkdaşları beynəlxalq konfranslarda, seminarlarda və təlimlərdə mütəmadi olaraq iştirak edir. Və bunun nəticəsidir ki, şirkətimiz müştərilərimizin gözləntilərinə və Keyfiyyətin İdarəolunması Sistemimizin tətbiqi və davamlı inkişafına yönəlmiş Keyfiyyət Məqsədlərinə uyğun olan məhsullar və xidmətlər təqdim edir.

Biz yüksək keyfiyyət standartlarına, müştərilərin xüsusi tələblərinə və keyfiyyət siyasətimizə uyğunluğu təmin edərək, göstərdiyimiz xidmətləri daimi inkişaf etdirməyə çalışırıq.